08 Sentyabr 2024

Saxlanılan sabiq icra başçısı barədə RƏSMİ AÇIQLAMA

Baş Prokurorluq Polşada saxlanılan Qubadlının sabiq icra başçısı Elxan Nuriyevlə bağlı məlumat yayıb.

Media1.az prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Qubadlı rayonun İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, 29,120.2.11, 309.2 və digər maddələri ilə cinayət işi başlanmış və E.Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib.

02.10.2022-ci il tarixdə o, Polşa Respublikasının ərazisində saxlanılıb. Hazırda E.Nuriyevin Azərbaycan Respublikasına ekstradisiya edilməsi məqsədi ilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilib.

Qeyd edək ki, Elxan Nuriyevin Polşada saxlanılması ilə bağlı ilk xəbəri “Qafqazinfo” yayıb.