Sadiq Qurbanovun “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” yeni nəşr edilən üçcildliyi “Yaşıl dünya naminə həmrəylik ili”nə əhəmiyyətli töhfədir
Sadiq Qurbanovun ideya rəhbərliyi ilə nəşr olunan “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” üçcildliyi müasir eko-təfəkkürün hüquqi, siyasi, mənəvi aspektlərinin zənginləşməsində əhəmiyyətli əyani vəsaitdir.
Toplunun elmi redaktoru Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, tərtibçilər isə hüquqşünas Səməd Vəkilov və Prezident Kitabxanasının məsul əməkdaşı Zakir İsmayılovdur. Üçcildlik topluda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Ekoloji siyasətinin bütün təfərrüatları geniş formada əksini tapır. Həmçinin, bu istiqamətdə formalaşan qanunvericilik bazası xronoloji və aydın olaraq sıralanır.
Kitabların mühüm bir fəlsəfəsi həm də bunu sübut edir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçirilməsi ölkə başçımızın uzun illər ərzində yorulmadan bu istiqamətdə həm ölkə daxilində, həm də xaricdə apardığı Böyük Ekoloji siyasətinin bəhrəsidir. Bu tədbir dünyanın müasir gündəmində ən aktual məsələlərdəndir. Hesab etmək olar ki, Komissiya sədri Sadiq Qurbanov bu kitabları təşəbbüs göstərib ərsəyə gətirməklə elmi-ictimai mühitə böyük töhfə vermiş, sözügedən istiqamətin mənbəşünaslıq bazasını zənginləşdirərək mühüm bir eko-elmi-innovativ layihəyə imza atmışdır.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçirilməsi barədə qəbul edilmiş qərarı Azərbaycanın növbəti tarixi uğurudur. Belə bir mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin daim artan beynəlxalq nüfuz və gücündən xəbər verir. Bu baxımdan sözügedən kitablarda bu istiqamətdə Dövlət siysətində qəbul edilən qanunlar, verilən sərəncamlar, aparılan görüşlər kompleks şəkildə əksini tapır. Sadiq Qurbanov kitabların təqdimatı mərasimində çıxışında da bu kitabların ərsəyə gəlməsinin fəlsəfəsində məhz cənab İlham Əliyevin beynəlxalq aləmdə sistemli ekoloji siyasət fəaliyyətinin dayandığını qeyd etmişdir.
Kitabları vərəqlədikcə aydın olur ki, bu sahədə gələcəkdə mühüm məsələlərdən biri də cəmiyyətlərin ekoloji mədəniyyət səviyyəsinin əlaqəli yüksəldilməsi, hüquqi bazanın təbliği, müasir insan təfəkkürünün “Yaşıl Dünya”ya hazırlığını təmin etməkdir.
Müasir dünya reallığı dəyişir. Təbiətin istismarı dövrü arxada qalmalıdır. Hazırda “yaşıl iqtisadiyyat” ifadəsi cəmiyyətdə və biznes mühitində getdikcə daha çox istifadə olunur. Lakin “yaşıl iqtisadiyyat” anlayışının mahiyyəti müxtəlif cür dərk edilir. Kitablarda bu kimi mühüm məsələlər öz sistemli həllini tapır, məsələlərin hüquqi tərəfləri aydınlaşır. Ayrı-ayrı elmi baxışları sintez edərək, onlardan əsas olanları ayırd etmək olar: bir nöqteyi-nəzərə əsasən yaşıl iqtisadiyyat – ölkənin təbiətinin yaxşılaşdırılmasına töhfə verən yeni iqtisadiyyat sahələridir. Digər nöqteyi-nəzərdən bunlar yeni texnologiyalar, bir növ təbiətə kömək etmək və fayda vermək üçün nəzərdə tutulmuş ekosistemlərdir. Məlumdur ki, yaşıl iqtisadiyyatın prioritetlərinin həyata keçirilməsində əsas amillərdən biri insanların layiqli işlə təmin edilməsidir ki, bunun da ayrılmaz elementi – əmək bazarı institutlarının təkmilləşdirilməsi və daha inklüziv sosial müdafiə sistemlərinin yaradılması vasitəsilə insan həyatının və sağlamlığının qorunmasıdır. Komitə sədri Sadiq Qurbanovun “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” üçcildliyi cəmiyyəti və elmi ictimaiyyəti düşündürən bu kimi suallar üçün vacib mənbədir.
Bu gün yaşıl iqtisadiyyatın rolu istiqamətində bu kimi nəşrlərə daha böyük ehtiyac duyulur. Təsadüfi deyildir ki, cənab prezident 2024-cü ili ölkəmizdə “Yaşıl enerji” ili elan etmişdir. Deməli təşəbbüsləri dəyişməyin və artırmağın vaxtıdır. Bu baxımdan f.doktoru Sadiq Qurbanovun nəşr edilmiş bu üçcildlik kitabında sözügedən məsələlərin aydınlaşması, gələcəkdə hər bir insanın eko-təfəkkürünün daha da ideya zənginliyi ilə əhatə olunması baxımından gərəkli vəsaitdir. Qeyd edək ki, geniş ictimaiyyətə təqdim edilən üç cilidlik topluda 62 qanun, 97 fərman, 95 sərəncam öz əksini tapıb.Hazırda dünyanın sosial siyasətə eləcə də vətəndaş cəmiyyəti paradiqmaları yenilənir.
Məsələn, bu gün Latın Amerikasında əməyin nağd ödəniş proqramları Venesueladan olan miqrantlar üçün tullantıların təkrar emalı sektorunda iş yerlərinin yaradılmasına kömək edir. Bu regionun bir sıra ölkələrində, məsələn, Braziliyada tulantıların təkrar emalı ilə məşğul olan və bununla da həssas əhali qruplarının məşğulluğunu təmin edən kooperativlər var. Pakistan “Sunami 10 milyard ağac” Proqramına qatılmaq üçün yeni işsiz qalan insanların cəlb edilməsinə 47 milyon dollar ayırmışdır. Bu təşəbbüsün məqsədi təbii ekosistemləri bərpa etmək üçün kənd yerlərində ağacların əkilməsidir.
Bu baxımdan, “qəhvəyi” iqtisadiyyatdan “yaşıl” iqtisadiyyata keçid şəraitində həqiqi “yaşıl” iş yerlərinin yaradılması aktual problemdir. “Yaşıl” iş yerləri layiqli iş meyarlarına cavab verməlidir, yəni yüksək əmək haqqı, təhlükəsiz iş şəraiti, sabit məşğulluq, peşəkarlıq səviyyəsinin artırılması və karyera inkişafı üçün məqbul perspektivləri və işçilərin hüquqlarını təmin edən yüksək keyfiyyətli iş yerləri olmalıdır. “Yaşıl” iş yerlərinin əhəmiyyəti ilk dəfə hələ 2008-ci ildə qeyd edilmişdir. Bu istiqamətdə bir sıra tədqiqatlar aparılıb, lakin ekspertlər hələ də yaşıl iş yerləri anlayışının tərifinin müəyyənləşdirilməsi dilemması ilə üzləşirlər.
“İnsan Resurslarının İdarı edilməsi Cəmiyyətinə” (Society for Human Resource Management, SHRM) görə, yaşıl iş yerləri ekoloji cəhətdən təmiz, təbii resurslardan istifadədə səmərəli və sosial məsuliyyət daşıyan iş yerləridir. Başqa müəlliflər hesab edirlər ki, bu, məqsədi ekoloji cəhətdən təmiz məhsulların yaradılması olan inkişafın yeni mərhələsinə keçiddir. Komitə sədri Sadiq Qurbanovun “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” üçcildliyi Azərbaycanımızın yaşıl dünyaya keçidinin təmini yolunda aparılan dövlət siyasətimizin bütün təfərrüatlarını əhatə edir.Həmçini, burada ekkoloji təfəkkürdən yeni –yaşıl dünyaya keçid məsələrinin hüquqi bazası əhatəli tərtib edilmişdir.
Bu gün Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit üzrə proqramı (UNEP) ekspertlərinin fikrincə, yaşıl iqtisadiyyat insanların rifah halını artıran və sosial ədaləti təmin edən, eyni zamanda ətraf mühit və onun deqradasiyası üçün riskləri əhəmiyyətli dərəcədə azaldan iqtisadiyyat kimi müəyyən edilir. Yaşıl iqtisadiyyat qlobal iqlim dəyişikliyi ilə mübarizə və iqtisadi-maliyyə böhranının aradan qaldırılması kontekstində perspektivli istiqamət kimi nəzərdən keçirilir. Sadiq Qurbanovun təşəbbüsü əsnasında ərsəyə gələn bu kitabda yaşıl iqtisadiyyata keçidin əsaslarının ölkə başçımızın hələ 2003-cü ildən başlanan fəaliyyətində aydın görmək olduğu diqqətə çatdırılır.Məhz həmin illərdən başlayaraq ölkəmizdə həm də eko-siyasətin düzgün qurulması zəminində yeni artım başlandı. Prioritet xüsusiyyəti enerji səmərəliliyinin köklü şəkildə artmasıdır. Bu baxımdan, ölkəmizdə də “aşağı karbonlu iqtisadiyyat” termini geniş yayılıb.
Dünya alimlərinin bəzilərinin fikrincə Yaşıl iqtisadiyyat konsepsiyası davamlı inkişaf konsepsiyasını əvəz etmir. Bununla belə indi getdikcə daha çox belə bir fakt qəbul edilir ki, dayanıqlılığa nail olmaq əsasən iqtisadiyyatın “yaşıllaşdırılmasından” asılıdır. Təmiz texnologiyalara və təbii infrastruktura investisiyaların artırılması istiqamətində qlobal iqtisadiyyatın səfərbər edilməsi və yenidən qurulması, iqtisadiyyatın yaşıllaşdırılmasının stimullaşdırılması, qlobal iqlim dəyişikliklərinin fəlakətli nəticələrinin qarşısının alınması təklif olunur. Yeni yaşıl kursun həyata keçirilməsi bərpa olunan enerji mənbələrinə investisiyalar vasitəsilə elektrik enerjisinin istehsalı üçün bərpa olunmayan faydalı qazıntılardan istifadənin minimuma endirilməsini, həmçinin, enerjiyə qənaət öhdəliyini nəzərdə tutur. Sadiq Qurbanovun layihəsi əsasında hazırlanmış kitablarda yaxın dövrdə daha hansı iqtisadi uğurların proqnozlaşdırılması mümkünlüyünə də cavab tapmaq olur. Bütün bu tədbirlər həm enerjiyə olan tələbatı və ona çəkilən xərcləri, həm də enerjinin dəyərini azaldacaq. UNEP-in qiymətləndirməsinə görə, 10 sektorun “yaşıllaşdırılmasına” qlobal ÜDM-in 2%-ni qoymaq kifayətdir ki, qlobal dünya inkişafının xarakteri dəyişilsin, yer səthindən buxarlanan qazlar azalsın və resurslardan səmərəli istifadə edilsin. Bu gün bir çox ölkələr yaşıl iqtisadiyyat prinsiplərinə əsaslanan antiböhran proqramlarını həyata keçirirlər. Bu baxımdan ölkəmizdə həmin istiqamətdə əyani tədris vəsaitlərinin kəmiyyət və keyfiyyətcə artması lazımdır. Azərbaycan bu istiqamətdə yeni təşəbbüslər ortaya qoyan ölkədir. Dövlətimizin başçısı müasir yaşılllaşan dünya iqtisadiyyatının bütün təfərrüatlarını müqayisəli nəzərə alaraq praqmatik yaşıl dünya siyasətində həmrəylik paradiqmasını uğurla davam etdirir.
Hüseyn İbrahimov
F.doktoru, Yaşıl Enerjiyə Dəstək Elmi –innovativ Təşəbbüs Qrupunun Əlaqələndirmə Şurası həmsədri