08 Sentyabr 2024

Sadiq Qurbanova həsr olunmuş “Sədaqət və cəsarət kredosu” – FOTO

Bu gün VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Təşkilatının ilk sədri Sadiq Qurbanovun doğum günüdür. Bu münasibətlə Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov öz dostunu səmimi şəkildə təbrik edib.

Səməd Vəkilov, Sadiq Qurbanovun yubileyi münasibətilə 2022-ci ildə ona sürpriz olaraq təqdim etdiyi “Sədaqət və cəsarət kredosu” adlı kitabı ilə bağlı da məlumat verib. Kitab 2022-ci ildə “İzə” Nəşriyyatında çap olunub və kitabın məsləhətçisi və ön sözün müəllifi professor Seyfəddin Rzasoy, redaktorları isə şair Mübariz Piri və jurnalist Ayaz Süleymanlıdır.

Kitabda Sadiq Qurbanovun soy-kökü, uşaqlığı, gəncliyi, tələbəlik illəri və siyasi fəaliyyətinin bütün xarakterik cizgiləri ətraflı şəkildə təsvir olunub. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin gənclər platformasının lideri kimi “Yaş senzi” mitinqlərinin təşkil olunması ilə bağlı fəaliyyəti də geniş şəkildə əks olunub.

Səməd Vəkilov dostuna bu səmimi təbrikləri ilə doğum günündə sevinc və uğurlar arzu edib:

“Doğum gününüz mübarək olsun, əziz dostum!”