21 Dekabr 2024

Sabah YAP-ın qurultayıdır: nümayəndələrdən koronavirus testi götürülür

Qurultay nümayəndələri bu gün infeksiya ilə bağlı tibbi test yoxlanışından keçməyə başlayıblar

Yeni Azərbaycan Partiyasının (YAP) martın 5-də keçiriləcək növbədənkənar qurultayının nümayəndələrindən koronavirus testi götürülür.

AYNA-nın APA-ya istinadən məlumatına görə, qurultay nümayəndələri bu gün yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə bağlı tibbi test yoxlanışından keçməyə başlayıblar.

Qeyd edək ki, YAP-ın VI qurultayı 2018-ci il fevralın 8-də keçirilib.