09 Dekabr 2022

Sabah Qazaxıstanda prezident seçkiləri keçiriləcək

Noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, bu gün saat 00:00-da ölkədə növbədənkənar prezident seçkiləri öncəsi sükut günü başlayıb. Sükut günündə seçkilərlə bağlı hər hansı təşviqat işinin aparılması qadağandır.

Seçki məntəqələrinin əsas hissəsində səsvermə yerli vaxtla saat 07:00-də başlayacaq və 20:00-dək davam edəcək. Ölkə qanunvericiliyinə əsasən, seçkilərin nəticələrinin elan edilməsi, seçilmiş prezidentin qeydə alınması seçkilərdən sonra 10 gündən çox olmayan müddətdə həyata keçirilir. Bu dəfə isə seçkilərə yekun vurulması və seçilmiş prezidentin qeydə alınması üçün 7 gün vaxt ayrılıb. Seçkilərin ilkin nəticələri noyabrın 21-22-də açıqlanmalıdır.

Qazaxıstan Mərkəzi Seçki Komissiyası seçicilər siyahısına səsvermə hüququna malik 11 milyon 827 mindən çox vətəndaşı daxil edib. Eyni zamanda, 53 xarici ölkədə 12 min 527 Qazaxıstan vətəndaşının səs verəcəyi gözlənilir.