08 Sentyabr 2024

Sabah ABŞ-ın yeni prezidenti and içəcək

Ağ Evin yeni sahibi ermənilərə vəzifələr paylayır; Fazil Mustafanın fikrincə, Bayden ermənipərəst olsa belə, bölgədə prosesləri zorla dəyişdirmək təsirinə malik deyil

Sabah – yanvarın 20-də ABŞ növbəti prezidentini kürsüyə qaldırır. “Yeni Müsavat” xəbər verir ki, Demokrat Partiyasının namizədi Cozef Bayden Respublikaçı rəqibi, dəlisov və qalmaqallı Donald Tramp üzərində qələbəni bu tarixdə rəsmiləşdirəcək.

Bayden andiçmə mərasimindən sonra ABŞ prezidenti kimi fəaliyyətə başlayır və bütün dünya Demokratların hansı planlar cızdığını intizarla gözləyir.

Amma onun qələbəsi bizim üçün hələ ki ürəkaçan bir perspektiv vəd etmir. Baydenin ermənipərəst siyasətçi olduğunu, vaxtilə ermənilərə maliyyə yardımları ayrılmasında təşəbbüskarlığını təkrar xatırlatmağa hacət yoxdur.

Elə komandasını da ermənipərəstlərdən formalaşdırması ilə eyham vurur ki, başda Türkiyə olmaqla, bizə münasibətdə ədalət tərəzisi pozulacaq. Onun vitse-prezident təyin etdiyi Kamala Harris də ermənipərəstlikdə Baydendən geri qalmır.

Bayden Administrasiyasında Ağ Evin regional kommunikasiyalar şöbəsinə də Ayk Hacınazaryan rəhbərlik edəcək.

Erməni əsilli Hacınazaryan Baydenin Qərbi Pensilvaniyada seçkiöncəsi kampaniyasının katibi kimi çalışmışdı.

Daha əvvəl isə İndiana ştatından senator Co Donnellinin mətbuat katibi və Nümayəndələr Palatasının təhlükəsizlik komitəsinin mətbuat katibinin müavini kimi Kapitolidə işləyib.

Bayden İqlim və Elm Agentliyində İnsan Resursları üzrə xüsusi köməkçisi vəzifəsinə də erməni əsilli Ceff Marutyanı təyin edib.

Bu barədə “Vaşinqton Post” yazıb. Marutyan 2017-ci ildə Obama-Bayden administrasiyasında fəaliyyət göstərib.

O, həmçinin ABŞ Nəqliyyat Nazirliyində Ağ Evin koordinatoru, katibin inzibati məsələlər üzrə köməkçisi vəzifələrində çalışıb.

Marutyan 2012-ci ildə Obama və Baydenin seçki kampaniyası dövründə Demokratik Milli Komitədə LGBT işləri direktoru olub.

Barack Obama and Joe Biden enter Inauguration Day 2017 ceremony - YouTube

İqtidarı ermənilərdən və ermənipərəstlikdən təşəkkül tapan Baydenin Azərbaycanı və Türkiyəni sıxışdıracağı deyilir. Onun Ankaraya təzyiqləri, sanksiyaları gücləndirəcəyi proqnozlaşdırılır.

Eyni zamanda Qarabağ məsələsində Paşinyan hökumətinin Baydenin ətəyindən yapışdığı iddiaları səslənməkdədir. Ermənilər ümid edir ki, ABŞ Cənubi Qafqazda baş verənlərə öz təsirini və müdaxiləsini göstərəcək.

Bəs iki türk dövləti ABŞ-ın yeni iqtidarının pressinqinə necə cavab verməyi düşünür? Bayden vəzifədə olarkən də antitürk kursunu davam etdirəcəkmi, yoxsa ABŞ-ın vahid siyasi konsepsiyasından kənara çıxmayacaq? Qarabağda gərginlik yarana bilərmi?

Fazil Mustafa: "Bu təxribat Vilayət Eyvazova qarşı yönəlib"

Deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Bayden prezident postuna gəldikdən sonra əsas gücünü Amerikanın daxili problemlərini həll etməyə yönəldəcək. F.Mustafanın fikrincə, ABŞ-da olan problemlər kifayət qədər ciddidir və yığış-yığışdırmaq zaman tələb edir.

Onun sözlərinə görə, Bayden hakimiyyəti ermənipərəst olsa da, Türkiyə və Azərbaycana qarşı təsirli addımlar atacağı real deyil:

Donald Trump has started the transition process. What's left for him to do  before Joe Biden's inauguration? - ABC News

“Amerikanın bölgədə prosesləri zorla dəyişmək gücünə sahib olduğunu düşünmürəm. Ona görə ermənilərə nə qədər dəstək versələr, vəzifə başına gətirsələr belə, biz öz strategiyamızı müəyyən etməliyik. Biz əsas verməməliyik ki, əleyhimizə hansısa problem yaratmağa çalışsınlar. Azərbaycanın resursları kifayət qədər yetərlidir ki, özümüzü qoruya bilək”.

Deputat hesab edir ki, Tramp dövründə də Türkiyə qarşı addımlar atılıb, amma faydası olmayıb: “Ölkələri onun üstünə qaldırdılar, Yaxın Şərqdə terrorçu qrupları dəstəklədilər, nəticədə Türkiyə gücləndi. Sonra hərbi sənaye kompleksini çökdürmək istədilər, amma yeni silahlar kəşf etdilər, ayaqda qaldılar. Eyni vəziyyət davam edəcək.

Odur ki, Bayden administrasiyasının ermənipərəst görüntü yaratması bizi narahat etməməlidir. Ermənilər isə xəyanətkar millət kimi Baydenin hakimiyyətdən getməsində də amilə çevriləcəklər”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”