Səhiyyə Nazirliyindən “Sputnik V” barədə açıqlama
Nazirlik peyvəndi istifadə üçün təsdiq edib
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.
Səhiyyə Nazirliyindən Media1.az-a verilən xəbərə görə, bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınıb və COVID-19 koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir. Rusiyada 6 milyondan çox insan “Sputnik V” vaksini ilə peyvənd olunub.
Yaxın zamanda bu peyvəndin ölkəyə gətirilməsi təmin olunacaq.