28 Mart 2024

Ruslar onlara “Qarabağ müharibəsi veteranı” adı verilməsini tələb edir

“30 il əvvəl, 1991-ci il dekabrın 19-da o vaxtkı Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Dağlıq Qarabağdan çıxarılmasına başlanılıb və dekabrın 27-də hərbçilərin olduğu sonuncu təyyarə Gəncədən havaya qalxıb. Bundan bir qədər əvvəl Daxili Qoşunların komandanlığı söz vermişdi ki, hərbçilərin bir hissəsi vəziyyət normallaşana qədər bölgədə qalacaq. Amma son anda qərar dəyişdirildi və Qarabağda vəziyyət sürətlə gərginləşməyə başladı”. Rusiyanın lenta.ru saytı SSRİ Daxili Qoşunlarının Qarabağda xidmət keçmiş əsgər və zabitlərindən, onların müharibədə gördüklərindən və veteran adı ala bilməmələrindən yazıb.
“Axı məhz Daxili Qoşunlar bir neçə il münaqişə edən iki xalqın, iki atəş arasında qalaraq dinc sakinləri müdafiə ediblər, pusquya düşüblər və yoldaşlarını itiriblər. Amma Rusiyada Qarabağ hadisələri rəsmən müharibə kimi tanınmadı və rus veteranları döyüş əməliyyatlarının iştirakçısı statusu almadılar”-sayt yazır.

O zaman 793-cü nəqliyyat və döyüş helikopter alayının komandiri olan Aleksandr Qarin üçün münaqişənin lap əvvəlində Qarabağda olduğunu deyi: “Axı biz onları qardaş xalqlar hesab edirdik, indi də mənim üçün qardaşdırlar. Biz isə hərbçiləri, yəqin ki, özlərininki kimi qəbul edirdilər “deyə, veteran bildirib.



SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (“KQB”) hökumət rabitəsində xidmət etmış Sergey Şatko 1992-ci ildə Şuşada olub və həmin günləri belə xatırlayıb: “Şuşaya girən kimi gördük ki, beşmərtəbəli binanı raketlə vurublar, yanmış mənzil görünürdü.

Şəhərdə ölümcül sükut hökm sürürdü. Sanki şəhərdə daha heç kim yaşamırdı, şəhəri “öldürmüşdülər”. Tezliklə sükutu mərmi səsləri pozdu – Şuşanı hər gün raket atəşinə tuturdular. O zaman mənə aydın oldu ki, yaxın illərdə bu bölgədə sülh olmayacaq”.



Şatko deyir ki, Sovet İttifaqı artıq mövcud olmadığı üçün “biz o müharibədə artıq idik”. “Amma digər tərəfdən, biz onlara həm də lazım idik. Ermənilərlə azərbaycanlılar heç olmasa əsir dəyişdirir, birtəhər bizim vasitəmizlə əlaqə saxlayırdılar. Azərbaycan milisi ilə tez-tez qarşılaşırdıq. Bir dəfə iki milis yanıma gəlib dedi: “Əsgərlər, bizə avtomatı söküb-yığmağı, təmizləmiyə öyrədin, çünki sizdən başqa öyrədəcək heç kim yoxdur. Orda nə təlim, nə nizam-intizam var. Biri dedi ki, özü bazardan avtomat alıb. Vətənlərini müdafiə etmək, ermənilərdən qisas almaq üçün…”.



1991-ci ildə Daxili Qoşunların əməliyyat alayının taqım komandirinin müavini işləmiş İqor Şelmenko Qarabağda azərbaycanlılarla necə pusquya düşməsindən danışıb. “UAZ-ın sürücünün yanında azərbaycanlı leytenant oturmuşdu. Hər ikisi qumbaraatandan açılan atəşlə öldürülmüşdü. Biz postu dəyişməyə gedəndə bu hadisəni gördük. Əvvəlcə qumbaraatanla maşını vurmuşdular, sonra isə içindəkiləri avtomatla güllələmişdilər”.

Şelmenkov özünü şanslı hesab edir. “Yaxınlıqdakı bir əsgər də güllə ilə vurdular. Qollarım və ayaqlarım sanki iflic olmuşdu, əvvəl oturduğumuz maşından düşdük, müdafiə mövqelərini tutduq Qumbaraatandan UAZ-a atəş açanlar bizi görsələr də, aşağı enməyə cəsarət etmədilər.Maşınla oradan birtəhər uzaqlaşdıq, benzin bitənə qədər sürdük. Sonra piyada getdik, bizimkilər olan posta beləcə çatdıq… “.



Özlərini “ qarabağlılar” adlandıran keçmiş döyüşçülər deyiblər ki, Qarabağla yaxın tarixdə başlamış Çeçenistan müharibəsindən keçənlərin veteranlıq hüquq tanınıb, onlara isə bu ad verilməyib.

Daha bir veteran Vorontsov isə xatırladır ki, SSRİ prezidenti Mixail Qorbaçov sonuncu Sovet İttifaqı Qəhrəmanı adını da Qarabağda mülki insanları xilas edən edən zaman həlak olmuş əməliyyat briqadasının leytenant Oleq Babaka verib. “O, məhz Dağlıq Qarabağda, döyüşdə, mülki insanları yaraqlıların hücumundan qoruyaraq həlak oldu. Bu fakt Qarabağda baş verənləri hələ də müharibə adlandırılmamasının nə qədər parodoksal olduğunu gstərir. “Həqiqətən də, həmin müharibədə iştirak edənlərin statusu ilə bağlı siyasi qərar qəbul etmək, hərbçilərin təsnifləşdirilməsinə imkan verəcək meyarlar hazırlamaq lazımdır” deyə bildirilir.

Orxan ƏLİYEV,
Musavat.com