19 Mart 2024

Rusiyanın Ukraynadakı itkiləri açıqlandı 160 mindən yuxarı canlı qüvvə…

Rusiya Ukrayna ilə apardığı müharibədə ağır itkilər verməkdə davam edir. Lakin bununla belə, müharibənin hələ yaxın zamanda başa çatacağı, rusların geri çəkiləcəyi proqnozlaşdırılmır.

Media1.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rusların artıq 165 min 610 nəfər itki verdiyini açıqlayıb.  Qərargah bildirib ki, son suktada Rusiya 700-dən yuxarı hərbçi itirib. 

Məlumat üçün onu da bildirək ki, rusların indiyədək müharibədə  3 537 tank, 6 869 zirehli maşın, 2 160 operativ-taktiki PUA, 507 reaktiv yaylım atəşi sistemi, 2 577 artilleriya sistemi, 270 hava hücumundan müdafiə sistemi, 305 təyyarə, 290 helikopter, 5 415 avtomobil və tanker, 265 xüsusi texnika, 907 qanadlı raket itirdiyi bildirilir.