28 Mart 2024

Rusiyanın şok itkiləri açıqlanıb

Son sutkada Ukraynada Rusiya ordusunun 550 hərbçisi məhv edilib.

Media1.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bununla da müharibə başlayandan bəri Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 56 060-a çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2254 tank, 4796 zirehli döyüş maşını, 1355 artilleriya sistemi, 326 reaktiv yaylım atəşi sistemi, 170 hava hücumundan müdafiə sistemi, 254 təyyarə, 219 helikopter, 950 PUA, 240 qanadlı raket, 15 gəmi, 3659 avtomobil texnikası və avtosistern, 126 xüsusi texnikadan ibarətdir.