09 Dekabr 2022

Rusiyanın ən böyük hava şirkəti çökür – havaya qalxacaq təyyarəsi qalmadı!

Rusiyanın ən böyük hava yolu şirkəti “Aeroflot” şirkətinin təxminən 50 təyyarəsi boş vəziyyətdədir və havaya qalxa bilmir. Bu, şirkətin donanmasının dörddə birindən çoxdur.

Media1.az xəbər verir ki, bu barədə “Baza” kanalı məlumat yayıb.

Gələn informasiyalara əsasən, onların ən az yarısı (25 təyyarə), necə deyərlər, “kanibalizm”ə məruz qoyulacaq. (kannibalizm, eyni növdən olan başqa bir fərdi yemək hesabına sağ qalmaq). Yəni, bir təyyarənin xidmətə yararlı hissələrini digər təyyarələrə uyğunlaşdırmaq üçün sökəcəklər.

“Aeroflot”un 18 təyyarəsi hazırda texniki xidmətə ehtiyac durur və təmir işləri gözləyir. Hazırda “Aeroflot”da relslər, fənərlər, köməkçi güc blokları, hava girişləri, oksigen generatorları və mühərriklər yoxdur. Əyləc qurğularında da problem var: aviaşirkətin anbarında müxtəlif tipli təyyarələr üçün yalnız bir neçə oxşar hissə tapılıb.

Şirkətin satın aldığı “Boeing 737”-lərdən biri baqaj bölməsinə tökülən civə səbəbindən anbarda qalıb. Onun avropalı “həmkarı” “Airbus 350”lar isə ehtiyat təkərləri olmadığı üçün havaya qalxıb-enə bilmir. Lizinqlə alınan dörd “Airbus” başqa ölkələrdə həbs olunma təhlükəsi səbəbindən istifadə olunmur.