29 Mart 2024

Rusiyalı ekspert: “Naxçıvan dəhlizinin alternativi yoxdur, Abxaziya marşrutu isə…”

“Abxaziyanın Rusiyadan Abxaziya ərazisindən keçməklə Ermənistana dəmir yolu çəkilməsi təklifi reallaşa bilməz və layihələndirilən Rusiya-Azərbaycan-Ermənistan marşrutuna alternativ deyil”.

Media1.az Musavat.coma istinadən  xəbər verir ki, bu sözləri “Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı ekspert İqor Korotçenko “Vestnik Kavkaza” portalına Abxaziya “deputatlarının” Rusiya Dövlət Dumasına müraciətini şərh edərkən deyib.

Qeyd edək ki, müraciətdə belə bir dəmir yolunun ərazisindən keçməli olduğu Gürcüstan haqda heç nə deyilmir. Gürcüstanın nəqliyyat əlaqələrini açmaq kimi istənilən perspektivi qəti şəkildə rədd eləməsinə baxmayaraq, Abxaziya dəmir yolu layihəsi zaman-zaman Suxumi tərəfindən səsləndirilir. Bundan əlavə, separatçı qurumun “hökuməti” Moskvanın bu layihəni maliyyələşdirəcəyini güman edir (Dövlət Dumasına müraciət ən əvvəl bu anlama gəlir), hərçənd onun həyata keçirilməsi hətta nəzəri baxımdan böyük sərmayə tələb edəcək.

1593573463_i_korotchenko.jpg (50 KB)

İqor Korotçenkonun sözlərinə görə, Abxaziya təşəbbüsü Azərbaycan ərazisindən keçən marşrutun alternativi kimi qəbul oluna bilməz (Xatırladaq ki, dəmir yolu xəttinin Horadizdən Azərbaycan-İran sərhədi boyunca Ermənistanla sərhədə, daha sonra Ermənistan ərazisindən Naxçıvana uzanacağı düşünülür. Oradan isə şimala, təzədən Ermənistan-Azərbaycan sərhədindən keçərək İrəvana gedəcək).
“Biz Rusiya, Azərbaycan və Ermənistan liderlərinin ötən il 10 noyabr və bu il 11 yanvar tarixli üçtərəfli sazişləri çərçivəsində bəyan olunan layihələrə oriyentasiya edirik.

Orada göstərildiyi kimi, Azərbaycandan Ermənistan ərazisi vasitəsilə Naxçıvana nəqliyyat dəhlizi verəcəyi göstərilir ki, bu, bütövlükdə bölgənin inkişafına güclü təkan və Ermənistan da daxil olmaqla, iştirakçı ölkələrin hamısı üçün faydalı olacaq. Bu layihə, şübhəsiz ki, diqqətə layiqdir, realdır və dövlət səviyyəsində dəstəyə malikdir”, – deyə ekspert vurğulayıb.

O, Belə bir nəqliyyat layihəsinin icrası ilə hazırda Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinləri səviyyəsində xüsusi bir işçi qrupunun məşğul olduğuna xatırladıb. “Yəni bu, real, işləyən və mövcud olan bir proqramdır. Dilə gətirilən bütün digər layihələr, o cümlədən Abxaziya versiyası, regionda əlaqələrin bərpası və blokadanın götürülməsi üzrə prosesin əsas iştirakçısı olan ölkələrinin maliyyə-iqtisadi dəstəyi baxımından qeyri-mümkün təkliflərdir. Abxaziya deputatlarının bu günlərdə Dövlət Dumasına belə bir təklif göndərərkən nəyi rəhbər tutduqlarını söyləmək məni üçün çətindir. Konkret halda biz ondan çıxış edirik ki, Naxçıvan dəhlizinə praktik baxımdan alternativ yoxdur” – Korotçenko əlavə edib.