25 Aprel 2024

Rusiyadan Paşinyana tərs şapalaq-Moskva onun Hadrut yalanını təkzib etdi

Rusiyadan Paşinyana tərs şapalaq-Moskva onun Hadrut yalanını təkzib etdi

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla Rusiyanın münasibətlərini gərginləşdirmək cəhdi iflasa uğrayıb. Belə ki, erməni baş nazirin rusiyalı sülhməramlıların Dağlıq Qarabağda mühasirədə qaldığı barədə cəfəng iddiasını Moskva təkzib edib. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Rusiya Müdafiə Naziriyinin yaydığı açıqlamada bildirilir ki, Dağlıq Qarabağdakı  sülhməramlıların mühasirədə olması barədə informasiyalar həqiqəti əks etdirmir.

Qeyd edək ki, bir az əvvəl Ermənistanın baş naziri mətbuata müsahibəsində şivən qopararaq bildirmişdi ki, Hadrutun Xin Taqer (Köhnə Tağlar) və Xtsaberd (Çaylaqqala) kəndləri ərazisindəki rusiyalı sülhməramlılar Azərbaycan ordusunun mühasirəsinə düşüblər. Qarabağ döyüşləri gedən günlərdə var gücü ilə Rusiyanı və KTMT-ni Azərbaycana qarşı müharibəyə cəlb etməyə çalışan Paşinyan indi də belə cəfəngiyyatları ilə nə isə əldə edəcəyini düşünür.

Musavat.com