20 Aprel 2024

Rusiyada üç uşağı olan atalar da müharibəyə aparılacaqlar

Rusiya Federasiyasında üçuşaqlı atalar üçün qismən səfərbərlikdən möhlət hüququ ləğv edilib.

Bu barədə Rusiya Dövlət Dumasının deputatı Nina Ostanina məlumat verib.

Ostanina həmçinin qeyd edib ki, hazırda Rusiyada qismən səfərbərlik prosesi yekunlaşıb və günü sabahdan etibarən üç uşağı olan ataların səfərbərliyə cəlb edilməsindən söhbət getmir.

Qeyd edək ki, Rusiyada üç və daha çox uşağı olan kişilərə qismən səfərbərlikdən möhlət hüququ 2022-ci ilin oktyabr ayında verilib.//Oxu.az