16 Aprel 2024

Rusiyada səfərbərliyə niyə ən çox milli azlıqların nümayəndələri çağırılır?

Ukraynalı ekspert maraqlı versiyalar irəli sürdü

“Rusiyada buryatların səfərbərlik yolu ilə məhv edilməsi rus klanlarının Baykal gölü və ona bitişik ərazilərə nəzarəti ələ keçirmək strategiyasının bir hissəsidir”.

Musavat.com “gordonua” saytına istinadən xəbər verir ki, bu versiya Kiyev-Mogilyansk Biznes Məktəbinin müəllimi Valeri Pekar tərəfindən irəli sürülüb.

“Ukrayna məsələsinin yekun həlli”nin mümkünsüzlüyü Moskvanı buryat, Dağıstan və Krım-tatar problemlərinin “yekun həllinə” əl atmağa məcbur edib”, – deyə, o bildirib.

Pekarın fikrincə, Rusiyanın tərkibindəki mlli respublikalar daha yaxşı demoqrafik vəziyyətə görə (doğum nisbətinin qırmızı xəttdən aşağı olduğu etnik rus bölgələri ilə müqayisədə), kütləvi yoxsulluq səbəbindən səfərbər olunanların əsas hissəsini təşkil edəcəklər.

Ancaq eyni zamanda, bəzi milli bölgələrdə səfərbərlik daha sərt şəkildə aparılır. Buryatiyada bəzi yerlərdə kəndlər mühasirəyə alınır və bütün kişilər zorla çıxarılır. İlhaq edilmiş Krımda Krım-tatar gəncləri dəstə-dəstə çağırış vərəqələri alırlar.

“Buryatların məhv edilməsi, Rusiyadan hakim klanlarının Baykal və ətraf ərazilərə tam nəzarət etmək strategiyasının bir hissəsidir. Krım tatarlarına gəlincə, onların soyqırımı çoxdan imperiya fiksasiyası olub. Mən hələ Dağıstan xalqlarını anlamamışam: çox güman ki, orada da müəyyən niyyət var”, – deyə, ukraynalı ekspert qeyd edib.

“Beləliklə, Ukraynada heç nəyə nail ola bilməsə belə, Moskva imperiya rejimi yenə də qalib gələcəyini düşünür”, – deyə, Valeri Pekar yekunda bildirib.