Rusiyada Navalnının həbsinə etiraz aksiyaları keçirilir – FOTO, VİDEO

Aleksey Navalnıya yanvarın 18-də 30 sutkalıq həbs cəzası verilib
Rusiyalı müxalifət lideri Aleksey Navalnının həbsinə etiraz olaraq Rusiyanın Vladivostok, Cənubi-Saxalin, Yakutsk, Xabarovsk və digər şəhərlərində aksiyalar keçirilib.
AYNA “İnterfaks”a istinadən xəbər verir ki, aksiyalar zamanı saxlanılanlar var. Navalnının tərəfdarları Moskvada da aksiyaya çağırış ediblər. Bu səbəbdən Rusiyanın hüquq-mühafizə orqanları Moskvanın mərkəzində Puşkin meydanında təhlükəsizlik tədbirlərini gücləndirib. Razılaşdırılmamış aksiyaların keçirilməsi ilə bağlı insanlara xəbərdarlıq olunub və onların məsuliyyətə cəlb olunacaqları deyilib.
Qeyd edək ki, Aleksey Navalnıya yanvarın 18-də 30 sutkalıq həbs cəzası verilib.
Moskvada aksiya keçirənlərin saxlanılmasına başlanılıb. Məlumata görə, onlarla saxlanılan var və onların əksəriyyəti yeniyetmələrdir.




