Rusiyada Navalnının həbsinə etiraz aksiyaları keçirilir – CANLI YAYIN VİDEO

Rusiyanın müxalifət lideri Aleksey Navalnının həbsinə etiraz aksiyaları keçirilir.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, etiraz aksiyaları Novosibirsk, Vladivostok, Xabarovsk, Tomsk, Ulan-Ude, Kemerovo və digər şəhərlərdə keçirilir.
Məlumata görə, saxlananlar var.
Qeyd edək ki, yanvarın 17-də Almaniyadan Moskvaya qayıdan Rusiya müxalifətinin lideri Aleksey Navalnı Rusiyada Federal Penitensiar Xidməti (FSİN) tərəfindən saxlanıb.