Rusiyada İŞİD üzvləri saxlanılıb
Rusiyanın Stavropol diyarında İŞİD terror təşkilatının beş üzvü saxlanılıb.
Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.
İlkin məlumata görə, onlar arasında həddi-buluğa çatmayan da var.
“Ötən həftə Stavropol diyarında terror qrupunun aşkarlanması üzrə operativ-axtarış tədbirləri keçirilib. Nəticədə İŞİD terror təşkilatına sədaqət andı içmiş beş gənc saxlanılıb”, – mənbə agentliyə bildirib.
“Hazırda qrup üzvlərinin terror cinayətlərində iştirakı araşdırılır, onların terrorçularla mümkün əlaqələri müəyyənləşdirilir”, – mənbə əlavə edib.