08 Sentyabr 2024

Rusiyada etiraz aksiyaları vadam edir – saxlanılanlar var -CANLI YAYIN YENİLƏNİB

Rusiyanın bir sıra şəhərlərində hökumətə qarşı etiraz aksiyaları baş tutub.

ilk aksiyalar Xabarovsk və Vladivostokda olub.

Rəsmi məlumatlara görə, Vladivostokda etiraz aksiyasına çıxanların sayı 60 nəfəri ötməyib, onlardan bir neçəsi saxlanılıb. Xabarovskda isə 13 nəfər saxlanılıb.

Krasnoyarsk şəhərində isə kiçik bir qrupun təşkil etdiyi aksiya dinc şəraitdə keçib, bir müddət sonra etirazçılar dağılışıb.

İrkutsk şəhərində etirazçılar hökumət binasının qarşısında aksiya keçirib, saxlanılanlar var.

***

Rusiyanın Novosibirsk şəhərinin mərkəzində təxminən 500 nəfər icazəsiz mitinq üçün toplanıb.

APA bildirir ki, bu barədə “Vesti Novosibirsk” məlumat verir.

Bununla yanaşı, bu gün şəhərdə spirt satışının müvəqqəti qadağan edildiyi və ictimai nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığı qeyd olunur.

Bundan əvvəl Xabarovsk şəhərində icazəsiz aksiya olub.

Rusiya Daxili İşlər Nazirliyi ölkə sakinlərini 31 yanvar tarixində icazəsiz aksiyalarda iştirak etməməyə çağırıb.

***

Moskva rəhbərliyi paytaxtın mərkəzində ciddi məhdudiyyətlər tətbiq edib.

Şəhərin Bolşaya Lubyanka, Rojdestvenskaya küçələri bağlanıb.

Artıq Moskvada ilk həbslər başlayıb. Hüquq-mühafizə orqanları qanunsuz aksiyada iştirak edən bir nəfəri saxlayıblar.