Rusiyada azərbaycanlı televiziya əməkdaşı təyyarə qəzasında həlak olub

Rusiyanın Sankt-Peterburq şəhərində bədbəxt hadisə nəticəsində 40 yaşlı Azərbaycan vətəndaşı həlak olub.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, əvvəllər regional kanallarda müxtəlif vəzifələrdə çalışan Müşfiq İbrahimov Sankt-Peterburq şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində ölüb.
Rusiya mətbuatının yazdığına görə, qəza zamanı iki nəfər dünyasını dəyişib.
M.İbrahimov əslən Quba rayonundandır, ailəlidir, 3 övladı var.