25 Aprel 2024

Rusiya sülhməramlılarının Laçın dəhlizindəki postları sökülür – FOTO

Laçın dəhlizində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi postların sökülməsinə başlanılıb.

“Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, söküntü işlərinə avqustun 23-dən start verilib və davam etdirilir.

Müvəqqəti postlar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Qarabağla Ermənistan arasında əlaqəni təmin edən yeni hərəkət marşrutunda quraşdırılacaq.