Rusiya Silahlı Qüvvələri Zaporojye vilayətində irəliləyib: Levadnoye kəndi ələ keçirilib
Rusiya hərbi teleqram kanallarının məlumatına görə, Rusiya Silahlı Qüvvələri Zaporojye vilayətində irəliləyərək, Velika Novoselkanın qərbində yerləşən Levadnoye kəndini nəzarət altına alıb.
Musavat.com xatırladır ki, bu kənd Ukrayna Silahlı Qüvvələri tərəfindən 2023-cü ilin yay hücumu zamanı azad edilmişdi. Lakin Ukrayna teleqram kanalı DeepState-in xəritəsinə əsasən, Levadnoye hələ də Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir. Ukrayna tərəfi kəndin itirilməsini təsdiqləməyib.
Bundan əvvəl Rusiya ordusu Zaporojye vilayətində Kamenskoye və Rabotino bölgələrində də irəliləyiş əldə etmişdi.