Rusiya Qarabağa qaytarılan ermənilərin sayını ŞİŞİRDİR
BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı (UNHCR) son hesabatında Dağlıq Qarabağa qayıtmış və qaytarılmış erməni köçkünlərlə bağlı statistikanı açıqlayıb.
Əsas mənbə olaraq Rusiya Müdafiə Nazirliyinin, Xankəndidəki separatçıların və UNHCR-in özünün rəqəmlərdən istifadə olunub.
Media1.az-ın Modern.az-a istinadən əldə etdiyi məlumata görə, araşdırmaçı jurnalist Elçin Alıoğlu bildirib ki, hesabatdan bəlli olur ki, Rusiya Müdafiə Nazirliyinin Xankəndinə qayıtmış və qaytarılmış ermənilərlə bağlı bəyan etdiyi statistik rəqəmlər ən azı 2 dəfə şişirdilib.
“Belə ki, sözügedən nazirlik Qarabağa təqribən 50 min erməninin qayıtdığını bəyan etsə də, UNHCR-in hesablamalarına görə, bu ermənilərin sayı 20 mindən artıq deyil.
Üstəlik, ötən ilin dekabr ayının ortalarından etibarən erməni qaçqınları daşıyan və İrəvan-Xankəndi marşrutu ilə hərəkət edən avtobusların sayı həddən ziyadə azalıb.
Ekspertlər hesab edirlər ki, qarabağlı ermənilər Qarabağda daimi yaşamaq istəməyən və imkan düşən kimi, Ermənistana, yaxud Rusiyaya yollanmaq istəyənlərin sayı sürətlə artır.
Qarabağa qayıdan ermənilərin təxminən 40 faizi isə sadəcə, evlərini və daşınan əmlaklarını sataraq geriyə, Ermənistana qayıtmaq üçün Xankəndinə yollanıblar”.
Eşlin Alıoğlu deyir ki, Qarabağın rusiyalı sülhməramlıların nəzarətində olan hissəsində, xüsusilə də Xankəndidə ərzaq məhsulları və ələlxüsus da çörək qıtlığı hiss olunur.
Xankəndindəki “Dirçəliş” Meydanında yerli ermənilər etiraz aksiyası keçiriblər. Onların əksəriyyəti Ağoğlan (Hadrut) rayonundan olan şəxslər olub.
Ermənilər yaşamaq üçün normal sosial şəraitin yaradılmasını tələb ediblər.
“Onlar deyirlər ki, ya normal yaşamaq üçün şərait yaradılsın ya da geriyə, indi Azərbaycannın nəzarətindəki ərazilərə qayıdış üçün imkan verilsin.
Xankəndidəki separatçıların nümayəndəsi Metakse Akopyanın dediyinə görə, ötən ay da analoji aksiya olmuşdu.
Ağoğlandan olan ermənilər Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının komandanı, general-leytenanrt Rüstəm Muradova kollektiv məktub ünvanlayıblar.
“Biz o rayonun sakinləriyik və evlərimizə qayıtmaq üçün şərait yaradılmalıdır. Dedilər ki, məsələ müzakirə olunur. Amma hələ də cavab yoxdur. Sosial vəziyyət çox ağırdır, dalana dirənir. Heç bilmirəm bu dalandan necə çıxacağıq”, – M.Akopyan söyləyib”.
Araşdırmaçı bildiri ki, Rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdə ermənilərin normal yaşayış şəraitləri yoxdur:
“Hazırda Xankəndidə kirayə ev və ya mənzillərin minimal aylıq qiyməti 150 min erməni dramı, yəni 285 ABŞ dollarıdır. Evsiz-eşiksiz qalmış ermənilərə isə ayda cəmi 60 min dram məbləğində yardım verilir.
Havalar soyuqdur və evlərin qızdırılması ilə bağlı ciddi çətinliklər var.
Üstəlik, çörək qıtlığı da var.
Hər şarabağlı erməniyə ayda 68 min dram veriləcəyi deyilir. Lakin bu pulların yalnız mart ayının sonlarında ödəniləcəyi bəyan edilib. Ermənilər bu vədə də inanmırlar.
Hazırda Xankəndidə 20 min erməni evsiz-eşiksizdir. Onların yaxın müddətdə yaşayış yerləri ilə təmin ediləcəkləri illüziyadır”.