Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Dağlıq Qarabağ ərazisinə növbəti humanitar yük çatdırılıb FOTOLAR
Rusiya Federasiyanın Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Dağlıq Qarabağ ərazisinə növbəti humanitar yük çatdırılıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Rusiya FHN-in Dağlıq Qarabağdakı qrupunun rəhbəri Vadim Qarşin jurnalistlərə açıqlamasında bildirib ki, hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş sakinlərə sosial əhəmiyyətli obyektlərin, mənzillərin və obyektlərin bərpası üçün zəruri olan tikinti materialları gətirilib:
“Ümumi çəkisi 1200 tondan çox olan 54 vaqon humanitar yükün qəbulunu, boşaldılmasını və əhaliyə çatdırılmasını planlaşdırırıq”.