29 Mart 2024

Rusiya FHN-nin “Lider” Mərkəzinin rəhbəri Azərbaycan ərazisində aparılacaq minatəmizləmə işlərindən danışıb

Bu gün Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli razılığa əsasən, Rusiya Fövqəladə Hallar Nazirliyinin birləşmiş qrupu hərbi əməliyyatların təsirləndiyi ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycan tərəfinə təhvil verilən əraziyə gəlib. 

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Rusiya FHN-nin “Lider” Mərkəzinin rəhbəri, general-mayor Anatoli Savvin deyib. 

Onun sözlərinə görə, 20 nəfərdən ibarət qrupa pirotexniklər, minaxtaranlar, kineloqlar, kadr hazırlığı üzrə təlimatçılar daxildir. 

Qrup ərazilərin minalardan təmizlənməsi üçün zəruri avadanlıqlarla təchiz edilib: “Minalanmış sahələrin hüdudları işarələnib, müşavirə keçirib təmizlənəcək ərazilərə dair qərar verəcəyik. Qarşıya qoyulan tapşırıqları həll edəcəyimizi düşünürəm”.