22 Dekabr 2024

Rumıniyada Azərbaycanın COP29 liderliyinə həsr olunan möhtəşəm TƏDBİR – FOTOLAR

Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, 5 noyabr tarixində Rumıniyanın aparıcı universitetlərindən biri olan, beş min tələbənin təhsil aldığı Rumın-Amerikan Universitetində “COP29: Azərbaycanın Prezidentliyində yaşıl gələcək naminə təşəbbüslər və çağırışlar” adlı dəyirmi masa keçirilib. Tədbir Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi və Rumın-Amerikan Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunub.

b5b5b7af-f63d-45ab-94e9-7a0911ebee9b.jpg (228 KB)

Universitetin rektoru professor Kostel Negriçea tədbiri giriş sözü ilə açaraq COP29 ərəfəsində Azərbaycanın Prezidentliyinə həsr olunan belə bir tədbirin akademik və dövlət qurumları arasında dialoqun və məlumatlandırmanın artırılması baxımından vacib olduğunu qeyd edib. Rektor həmçinin universitetin iqlim dəyişiklikləri və ekologiyanın qorunması üzrə elmi layihələrdə iştirakına dair məlumat verib.

0ea4304c-0c1e-42e0-adfd-3810ea90469f.jpg (194 KB)

Səfir Qüdsi Osmanov tədbir iştirakçılarına COP29 çərçivəsində Azərbaycanın strateji hədəfləri, yanaşmaları və prioritetləri, yaşıl enerji sahəsində bərpaolunan enerji layihələrində dünya şirkətləri ilə əməkdaşlığı, “Xəzər-Avropa Birliyi Yaşıl Enerji Dəhlizi”nin perspektivləri barədə danışıb. Həmçinin diplomat Azərbaycan tərəfindən COP prosesinə yenilik gətirəcək təşəbbüsləri qeyd edərək, İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (İMFF) yaradılması, Qlobal Atəşkəs Çağırışı və digər təşəbbüslər barədə geniş məlumat verib. O, gəncləri təbiətin, ekologiyanın qorunması üçün daha məsuliyyətli olmağa çağırıb.

a887107d-beea-4058-acfb-6be62ef4f842.jpg (240 KB)

Rumıniyanın Dayanıqlı Yanacaq Assosiasiyasının prezidenti Vlad Stoiçesku isə çıxışında Avropada baş verən təbii fəlakətlərin arxasında iqlim dəyişiklikləri məsələsini vurğulayıb və Azərbaycanın alternativ enerji layihələrdəki rolunu yüksək qiymətləndirib. “Energy Policy Group” beyin mərkəzinin tədqiqatçısı İoana Vasiliu isə Rumıniya qeyri-hökumət təşkilatlarının COP29-da iştirakı barədə məlumat verərək ölkənin bu sahədəki prioritet fəaliyyətini qeyd edib.

Tədbir Rumıniyanın yerli KİV-lərində geniş işıqlandırılıb.

Musavat.com