22 Dekabr 2024

Rişi Sunak: Ermənistanla münaqişəyə son qoymaq üçün tarixi bir şansdır

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Azərbaycanla Ermənistan arasında münaqişəyə son qoymaq üçün tarixi bir şans olduğunu bəyan edib.

Bunu Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərdə qalib gəlməsi münasibətilə göndərdiyi təbrik məktubunda yazıb:

“Mən, Ermənistanla sülh əldə etmək istiqamətində göstərilən səylər barədə də məlumatlıyam. Bu, münaqişəyə son qoymaq üçün tarixi bir şansdır. Mən davamlı müqavilənin hər iki ölkənin və ümumilikdə bütün regionun rifahı və sabitliyi üçün gətirəcəyi böyük faydaları yüksək qiymətləndirirəm. Davamlı sülhə nail olunmasında hər iki ölkəyə Böyük Britaniyanın davamlı dəstəyini bir daha vurğulayıram”./Report