Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır
Prezident İlham Əliyevin 12 noyabr 2025-ci ildə Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı çıxışı barədə
12 noyabr 2025-ci ildə Prezident İlham Əliyev Naxçıvanda keçirilən qəbulda ölkəmizin idarəçilik sistemində aparılan islahatların davamlı xarakter daşıdığını vurğulayıb. Dövlət başçısı bildirib ki, əsas məqsəd bölgələrdə idarəetmənin səmərəliliyini artırmaq, vətəndaşların rifahını yüksəltmək və yerlərdə sosial-iqtisadi inkişafı sürətləndirməkdir.
Prezident İlham Əliyev həmçinin dövlət qulluqçularının məsuliyyətli və xalqın etimadını doğruldan fəaliyyət göstərmələrinin vacibliyini qeyd edib. O, icra başçılarından yerlərdə şəffaflıq, ədalət və xidmət mədəniyyətinə üstünlük verməyi tələb edib.
Bu çıxış bir daha göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında idarəçilik sistemi müasir tələblərə uyğun şəkildə təkmilləşdirilir və xalqın maraqları hər zaman ön plandadır.
Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı
