19 Aprel 2024

Regionlarda uşaqlara psixoloji dəstəyin göstərilməsinin gücləndirilməsi təşviq olunur

       “Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Müharibənin təsirlərinə məruz qalmış  bölgələrdə uşaqlara psixoloji dəstəyin  göstərilməsinin gücləndirilməsi” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi postmünaqişə  dövründə müharibənin təsirlərinə məruz qalan bölgələrdə psixoloqların bilik və bacarıqlarının artırmaqla, uşaqlara keyfiyyətli psixoloji xidmət və psixoloji dəstək göstərmək, uşaq hüquqlarının qorunması və təbliğində  psixoloqlarının rolunu gücləndirməkdən ibarətdir.

     Layihə çərçivəsində  Bərdə rayon İcra Hakimiyyəti və Təhsil sektoru ilə əməkdaşlıq çərçivəsində Bərdə rayonunda psixoloqlar üçün seminar həyata keçirilmişdir. Seminarı Bərdə rayon  icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məmmədov Asif açaraq, qonaqları salamlamış, həyata keçirilən layihəni yüksək qiymətləndirmiş, seminarların postmüharibə dövründə keçirilməsinin xüsusi əhəmiyyətini qeyd etmişdir.

    “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri  Zaur Quliyev çıxış edərək layihənin məqsəd və  vəzifələri haqqında məlumat vermiş, seminar iştirakçılarına uğurlar arzulamış, layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər haqqında geniş məlumat vermiş, Vətən müharibəsində qələbəmizin qazanılmasında igid oğullarımızın qəhrəmanlığından söz açmış, post müharibə  dövründə psixoloqların üzərinə də ciddi və  məsuliyyətli bir vəzifənin düşdüyünü bildirib.

Digər çıxış edənlər Bərdə Təhsil sektorunun əməkdaşı Vüsal  Quliyev layihənin qarşılıqlı əməkdaşlıq çərçivəsində  həyata keçirilməsinin vacibliyini vurğulamış, seminara uğurlar arzulamışlar.   

  Layihə üzrə ekspert, psixologiya üzrə  fəlsəfə doktoru, psixoloq Elmira Mirzəyeva seminar zamanı müharibənin təsirlərinə məruz qalmış rayonlarda  postmüharibə  dövründə  uşaqların psixoloji durumu, Vətən müharibəsinin gedişində  müharibənin acı  nəticələri ilə üzləşmiş uşaqlarda yaranmış stress və  gərginlik fonunda  uşaqlara psixoloji dəstəyin həyata keçirilməsində psixoloqların rolunun gücləndirilməsinin zəruriliyi, məktəb psixoloqunun iş planında  şəhid və  qazı ailələrinə və övladlarına göstərilən psixoloji xidmətlər , Stress və  gərginlik fonunda müharibənin təsirlərinə məruz qalmış uşaqların asudə vaxtının və sosial mühitə inteqrasiya olunmasıın təşkilində məktəb psixoloqunun və  uşaq birliyinin rolu, mütəxəssislərin yanma sindromunun  profilaktikası  təqdimatlar etmiş, iştirakçılarla qarşılıqlı  müzakirələr aparılmış, praktiki iş nümunələri həyata keçiriləcəkdir.

 Layihənin davamlılığı olaraq, layihə ekspertinin mentor dəstəyi ilə seminarlarda iştirak etmiş psixoloqların hər birinin öz yaşadığı və  fəaliyyət göstərdiyi  icmada “20 oktyabr- 20 noyabr – Uşaq hüquqları aylığı” çərçivəsində tədbir və  psixoloji yardım günlərinin təşkil olunması nəzərdə tutulur

   Seminar iştirakçıları olan psixoloqlar  vacib və  aktual layihəni dəstəklədikləri üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, layihənin uğurlu icrasına görə “Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyinə öz təşəkkürlərini  bildirmiş, gələcəkdə belə layihələrin davam etdirilməsinin faydalı, maraqlı olmaqla bərabər, gələcəyimiz olan uşaqların təhlükəsiz, psoxoloji və emosional baxımdan sağlam böyüməsində  mühüm rolu olduğunu ifadə etmişlər. 

Sonda iştirakçılara sertifikatlar təqdim olunmuş, xatirə fotoşəkili çəkilmişdir

  “Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyi