22 Dekabr 2024

Qvardiya əsgərləri Qroznıda polis zabitini güllələyiblər

Çeçenistanın paytaxtı Qroznıda Rusiya qvardiyasının əməkdaşları qaçmağa çalışan DİN polkovnik-leytenantının olduğu avtomobili atəşə tutublar.

Musavat.com Rrusiya mediasına istinadla bildirir ki, yüksək rütbəli polis məmuru başından güllə yarası alıb, nəticədə o, daha sonra xəstəxanada ölüb.

Bildirilir ki, insident fevralın 4-də axşam saatlarında Rusiya qvardiyasının əməkdaşları Qroznıda “Axmat Arena” ərazisində “Mitsubishi Pajero” markalı avtomobili saxlamaq istərkən baş verib. Sürücü təhlükəsizlik qüvvələrinin tələblərinə məhəl qoymayıb, bundan sonra havaya iki xəbərdarlıq atəşi açılıb. Medianın məlumatına görə, avtomobilin sürücüsü havaya atılan atəşə reaksiya verməyib, bundan sonra milli qvardiyanın hərbçiləri avtomobili atəşə tutub.

Verilən xəbərə görə, avtomobili Daxili İşlər Nazirliyinin müvəqqəti əməliyyat qrupunun şəxsi heyətlə iş şöbəsinin rəisi, polkovnik-leytenant Albert Atmurzayev idarə edib. O, başından yaralanıb və mərkəzi xəstəxanaya yerləşdirilib. Qroznı xəstəxanasında həkimlər yaralını reanimasiya etməyə çalışıblar, ancaq buna müvəffəq olmayıblar.