Qurbanlarını diri-diri yandıran, 600-dən çox gənc qızı öldürüb qanları ilə yuyunan tarixin ən qəddar qatili FOTOLAR
Dünya tarixinin ən məşhur qadın qatili olan Yelizaveta Batori haqqında bir çox faktları diqqətinizə çatdıracağıq.
Yelizaveta Batori 1560-1614 illərin orta əsrlər cəlladı olaraq bilinir.
Tarixin ən qədim serial qatillərindən biri olan, eyni zamanda “Qanlı Kontes” kimi də tanınan Yelizaveta Batori bir çox gənc və bakirə qızları öldürüb. Öldürdüyü qızların qanı ilə yuyunan Batori daha gənc və daha gözəl göründüyünü düşünürdü. Qurbanlarının dərhal canlarını almaq əvəzinə onlara işgəncə verirdi.
Olduqca zəngin və tanınmış Batori ailələrindən birinə mənsub olan Yelizaveta 1560-cı ildə dünyanın uzaq guşələrindən biri olan Transilvaniyada anadan olub. Onun mənsub olduğu soydan kardinal, müharibə qəhrəmanları çıxıb.
Yelizaveta Macarıstanın Osmanlı və Avstriyalılarla döyüşdüyü bu dövrdə alman, latın və yunan dillərini yaxşı bilən bir protestant olaraq böyüyüb. Əmisioğlu, vəhşiliyi ilə tanınan Transilvanya şahzadəsi Stefan kimi Yelizaveta da uşaqlıqdan əsəbi və gərgin biri olub.
Tədqiqatçılar bunun ailədən gələn genetik bir xəstəlik olduğuna və Batorinin epilepsiya ola biləcəyinə inanırdılar. Günümüzdəki tarixçilər və psixiatrlar Batorinin cinsi və psixoseksual xəstəliyə sahib olduğunu düşünürlər.
Yelizaveta hələ 5-6 yaşında bir neçə dəhşətli cinayətlərə şahidlik edib.
Yelizaveta anası və atasının yoxluğunda əmisi və xalası ilə birlikdə yaşayıb. Əmisi və xalası zorakılığa meylli və işgəncə verməyi sevən insanlar idi. Bir gün Batori xalası və əmisinin bir insana işgəncə vermək üçün atı yarıya böldüklərini və içərisinə həmin şəxsi qoyduqlarını görüb. Tarixçilər Batorinin xüsusilə bu hadisədən sonra psixoloji pozğunluq yaşadığını deyir.
Problemli bir ailədə yaşaması yetməzmiş kimi, 12 yaşında olan Batori bir kəndlidən hamilə qalıb. Doğulan uşağı uzaq bir ailəyə övladlığa verilib. Batorinin xalası bir cadugər idi və qorxunc məclislər təşkil edirdi. Əmisi şeytana ibadət edirdi, əmisioğlu isə seksual manyak idi. Ayrıca Yelizavetanın baxıcısının da cadu ilə məşğul olan və rituallarında kiçik uşaqları qurban verən bir insan olduğunu düşündüyümüz zaman, onun böyüdükdə qəddar qatil olması təəccüblü deyil. Çünki onun ətrafında mənfi nümunələr götürmək üçün çox insan var idi.
Yelizaveta Batori 15 yaşında özü kimi qəddar bir insan olan “Qanlı Cəngavər” ləqəbli Kont Ferencz Nasdasdy ilə evlənib.
20 yaşına çatan Yelizaveta o yaşa kimi öyrəndiklərini, gördüklərini saraydakı qulluqçulara və kölələrə tətbiq etməyə başlayıb. Hətta həyat yoldaşı onun üçün ayrıca bir işgəncə otağı da tikdirib. Yaşlanmağa başladığını düşündüyü andan etibarən dərisini bərpa etmək üçün fərqli cadulara baş vurduğu da bilinir.
Şayiələrə görə Batorinin xidmətçisi onun saçlarını darayan zaman incidib. Bundan qəzəblənən Batori xidmətçisinə bir şillə vurub.
Zərbədən gənc qızın üzü yaralanıb və Batorinin əlinin üstünə qan damcıları bulaşıb. Bundan sonra gənc qızların qanının bir dərman olduğunu düşünən Batori ilk cinayətini elə saçlarını darayan xidmətçi ilə başlayıb.
Silsilə şəkildə cinayətlərə imza atana Batori 612 bakirə qızı qaçırıb, qəfəsdə işgəncə verib və onları öldürərək qanları ilə yuyunub. Lakin cinayətlərin dəhşəti bununla da bitmir. O, bəzi qurbanlarını yandırırdı və bunu böyük məmnuniyyətlə seyr edirdi. Hətta qurbanlarından birinin ətini kəsərək bişirib özünə yedirtdiyi də iddialar arasındadır. Bu ağlasığmaz işgəncələrə imza atan Batori bir müddət sonra kölələrin qanının işə yaramadığını düşünərək, soylu ailələrin qızlarına göz dikib.
Saray ətrafında söz-söhbətlər krallığa çatdıqda, kral hadisəni araşdırmağı güclü bir Macar maqnatı olan György Thurzoya tapşırıb. György Thurzo təxminən 300 şahidlə danışıb və dəhşətli həqiqətdən xəbərdar olub. Yelizaveta o qədər rahat idi ki, cəsədləri gizlətməyə belə ehtiyac duymurdu. Nəhayət, Yelizavetanın qalasına basqın edilib və gənc qızların cəsədləri tapılıb. Ona bu işdə kömək edən qulluqçuları dərhal edam edilib. Ancaq Batori zadəgan bir ailədən gəldiyi üçün edam edilməyib. Bunun yerinə öz qalasında dörd divar arasına həbs edilib.
Batori bu otaqda gün işığından və həyatdan uzaq 3 il sağ qalıb. 21 Avqust 1614-cü ildə 54 yaşında saxlanıldığı qəfəsdə vəfat edib. Yelizavetanın cəsədini çölə aparan qulluqçular onu gün işığında görəndə heyrətlənib, dəhşətə gəliblər. Çünki bədəni çox fərqli və dəhşətli görünürdü. Bu, onlara Yelizavetanın şeytan olduğunu düşündürdü. Ancaq sonrakı araşdırmalar bədənindəki dəyişikliklərin ölüm səbəbi olan sifilis görə meydana gəldiyini aydın edib.
Turan Oruc
Musavat.com