29 Mart 2024

Qubanın bu kəndində yanğın lokallaşdırıldı

Quba rayonunun Təngəaltı kəndindəki meşə massivində baş verən yanğın artıq lokallaşdırılıb.

Bu barədə Media1.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda ərazidə soyutma işləri aparılır: “Bəzi yerlərdə tüstülənmə var. Hazırda əməkdaşlar tədbirləri davam etdirir”.