22 Noyabr 2024

Qubada Təhsil Nazirliyinin şəhid övladları üçün təşkil etdiyi “Zəfər” düşərgəsinin açılışı olub FOTO VİDEO

Bu gün Qubada Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseydə (Quba STEAM Mərkəzi) Təhsil Nazirliyinin şəhid övladları üçün təşkil etdiyi “Zəfər” düşərgəsinin açılış mərasimi keçirilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, açılış mərasimində təhsil naziri Emin Əmrullayev, ictimaiyyət nümayəndələri, Vətən müharibəsi qəhrəmanları və digər şəxslər iştirak edib.

E.Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, düşərgəyə 71 şəhid övladı qatılıb. Təhsil nazirinin sözlərinə görə, bir həftə davam edəcək tədbirdə uşaq üçün müxtəlif istiqamətlərdə təlimlər təşkil olunacaq. Nazir deyib ki, düşərgənin əsas məqsədi onların yeni biliklər öyrənməklə yanaşı mənalı istirahətlərini də təşkil olunmasıdır.