22 Dekabr 2024

Qızılca kabusu Bərdədə dolaşır

Bərdə səhiyyəsindən Media1.az-a bildirildiyinə görə indiyə qədər Bərdədə qızılcaya yoluxmuş 6 nəfər xəstəxanada müalicə almışdır ki, onlardan da 2 nəfəri yetkinlik yaşından yuxarı olanlardır. 60 nəfərə yaxın rayon sakini isə ev şəraitində müalicələrini alırlar.

Səhiyyə yetkilisi bildirib ki, xəstələrin həyatı üçün xüsusi təhlükəli hal yoxdur. Onu da qeyd edib ki, statistik rəqəmlərə görə hazır ki virusa yoluxma ən az Bərdədə müşahidə olunur. Bu da Bərdənin infeksionist həkimlərinin effektiv tədbirləri sayəsində mümkün olub. Ola bilsin ki, növbəti həftədə xəstəliyin artmasında yüksəlmə olsun. Çox güman ki, bir ayın tamamında qızılca xəstəliyinin sönməsi müşahidə olunacaq.