18 İyun 2024

Qızılağac Milli Parkının ərazisində qanunsuz ov edən şəxs cəzalandırılıb

Qızılağac Milli Parkının əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı milli parkın “Ağquşa” postunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Musavat.com-a bildirib ki, araşdırma zamanı brakonyerin Nefçala rayon sakini Məlik Abdullayev olduğu məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.