Qırğızıstanda vaxtından əvvəl prezident seçkiləri və referendum başlayıb

Qırğızıstanda vaxtından əvvəl prezident seçkiləri və idarəetmə formasına dair referendum bu gün yerli vaxtla saat 08:00-da başlayıb.
Trend-in məlumatına görə, bütün ölkə üzrə 2474 seçki məntəqəsi açılıb.
Məlumata əsasən, 3 milyon 563 min 574 seçici Qırğızıstanda keçirilən prezident seçkiləri və referendumda səs verə biləcək.
Qırğızıstan Respublikasının idarəetmə formasının seçilməsi ilə bağlı referenduma aşağıdakı məsələ təqdim olunur:
– prezident respublikası,
– parlamentli respublikası
– bütün seçimlərə qarşı.