21 Dekabr 2024

QHT sədri yetkili şəxslərə səsləndi:Mən dəstək gözləyirəm

QHT sədri yetkili şəxslərə səsləndi: Mən dəstək gözləyirəm
 

Mən özüm üçün heç nə istəmirəm və bu günə kimi də heç nə istəməmişəm. Təşkilatımın ūzvūləri məndən yer tələb edir.

Bu fikirləri QHT.az-a açıqlamasında “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova bildirib: 

“Mən də haqlı olaraq bu tələbi dõvlətizdən istəyirəm. Mənim bir canım var. Övladım yoxdur ki, onun üçün susum. Özümdən sonra da mal-mülk qoymaq fikrində deyiləm. Özümə qalsa ölkədən gedib xarici ölkələrin birindən sığınacaq alaram. Ancaq mən bunu etmirəm. Niyə? Çünki mən QHT rəhbəriyəm və mənim təşkilat üzvilərimin qarşisinda öhdəliyim var. Mən onlara söz vermişəm ki, onlar daha sağlam şəkildə cəmiyyətə inteqrasiya edəcəklər. Biz sizdən mal, mülk istəmirik. Bizim saglam şəkildə inteqrasiya etməyimizə dəstək istəyirik. Siz isə bizi saymamazlığdan gəlirsiz, bizə təziq etmək üçün yollar axtarırsiz. Məsələni həll etmək əvəzinə mənə hansısa yola təsir etməyə çalışırsiz. Mən deyirəm yaxşi eşidin mənim itiriləsi heç nəyim yoxdur. O, qədər haqsızlıgla dolmuşam ki, hər an partlaya bilərəm. Mən dəstək gözləyirəm DÖVLƏTIMIZDƏN!! Dövlət olaraq Beynəlxalq qurumların yanında götürdüyun öhdəliyi yerinə yetir. Əlilliyi olan şəxslərə şərait yarat.

Qeyd edək ki, Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov ilə Sumqayıt şəhərində aktiv  fəaliyyət göstərən və əlliliyi olan şəxslərin birləşdiyi “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi arasında qalmaqal böyüyür. “
 

Dünən Şəhər İcra Hakimiyyətin alt qurumu tərəfindən təşkilata gələn qeyri adekvat və məsuliyyətsiz cavab təşkilat üzvlərini qəzəbləndirib.
 

Təşkilat üzvləri öz etiraz səslərini facebook sosial şəbəkəsində qaldırıblar. Qeyd edək ki, təşkilatın sədri Səbinə Kərimova 6 il müddətində çox çətinliklə icra başçısı Zakir Fərəcovun qəbuluna düşsə də təşkilatın ofis problemi həll edilməyib. Eyni zamanda təşkilata qarşı qeyri adekvat münasibət göstərilir, təşkilatla kommunikasiya qurulmur.