08 Sentyabr 2024

QHT-lərin NƏZƏRİNƏ: Agentlik qrant müsabiqəsi ELAN ETDİ

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsi elan edir.

Media1.az xəbər verir ki, müsabiqədə iştirak üçün ərizə və layihə təklifləri https://ngogrant.az/ proqramı vasitəsi ilə qəbul ediləcək.

Nəzərinizə çatdırırıq ki, müsabiqə üzrə ərizələrin qəbulu 10 fevral 2023-cü il tarixdən 2 mart 2023-cü il saat 18.00-dək müddəti əhatə edir.