20 Aprel 2024

QHT “Ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılması” mövzusunda həyata keçirdiyi layihəni başa çatdırıb

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılması” mövzusunda həyata keçirdiyi üç aylıq layihəyə yekun vurub.

Layihə çərivəsində Tovuz, Gədəbəy və Lənkəran şəhərində bələdiyyə sədrlərinin, qulluqçularının habelə Ekologiya və Təbii sərvətlər Nazirliyinin, Ədliyyə Nazirliyinin regional idarələrinin və rayon icra hakmiyyətlərinin təmsilçilərinin iştirakıyla görüşlər keçirilmişdir.

Görüşlərdə QHT-nin həyata keçirdiyi layihə haqqında iştirakçılara geniş məlumat verilmişdir. Əlavə edək ki, layihənin əsas məqsədi ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılmasına nail olmaq və sosial medianın yaratdığı imkanlardan istifadə edərək ətraf mühitin qorunmasına dair əhali arasında maarifləndirmə işlərini aparmaq olmuşdur.

Hər bir görüşdə mövzu ətrafında geniş müzakirələr aparılmış, təklif və tövsiyələr dinlənilmişdir.

Lənkəran şəhərində keçirilən görüşdə Lənkəran bələdiyyələriylə yanaşı, Astara və Lerik rayonunda formalaşan bələdiyyələrin sədrləri və bələdiyyə qulluqçularının iştirakı təmin edilmişdir.

Görüşlərdə rayon icra hakimiyyətlərinin, Ekologiya və Təbii sərvətlər nazirliyinin və Ədliyyə Nazirliyi regional idarələrinin təmsilçiləri mövzu ətrafındə geniş məruzələrlə çıxış ediblər.

Lənkəranda keçirılən görüşdə isə layihə çərçivəsində hazırlanan hazırlanan videorolik tədbir iştirakçılarına təqdim edilmişdir.

Qeyd edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi 2010-cu ildən rəsmi dövlət qeydiyatından keçərək fəaliyyət göstərir. 

Belediyye.info