05 Sentyabr 2025

QHT Bərdədə “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş dəyirmi masa təşkil edib

Sentyabrın 5-də “Ekoloji İnformasiya ” İB -yi “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş dəyirmi masa təşkil edib.

Media1.az-ın xəbərinə görə, dəyirmi masada Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin direktoru , aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev, 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev, Bərdə rayon İH yanında ictimai şuranın katibi Əhliman Hümbətov, “Regional İnsan Hüquqları və Media Mərkəzi” İB-nin sədr müavini Natiq Kazımov iştirak ediblər.

9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev çıxış edərək “Konstitusiya və Suverenlik ili” -nin təsis olunması haqqında məlumat verib. Tədbirlər planına uyğun olaraq ekoloji sahədə görülən işlərdən danışıb.

“Ekoloji İnformasiya”İB-nin sədri Musa Muradlı QHT-lərin fəal iştirakını vurğulayıb.

Aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev, Bərdə rayon İH yanında ictimai şuranın katibi Əhliman Hümbətov, “Regional İnsan Hüquqları və Media Mərkəzi” İB-nin sədr müavini Natiq Kazımov da mövzu ilə bağlı fikirlərini bildirməklə müzakirələri maraqlı ediblər.