Qədim və zəngin tarixi olan böyük Türk dünyası
“Azərbaycan-Türkiyə-Şimali Kipr Türk Cümhuriyyəti arasındakı dostluq və qardaşlıq əlaqələri sarsılmazdır”- deyən İlham Məmmədov Media1.az-a bildirib ki, bizim xalqlarımız oxşar tarixə, eyni kökə mənsubdur. Din, dil, mədəniyyət və digər milli dəyərlər bizi daha da sıx birləşdirir. “Azərbaycan-Türkiyə-Şimali Kipr Türk Cümhuriyyəti dövlət başçılarının apardığı mükəmməl siyasət ölkələrimiz arasındakı iqtisadi, siyasi, mədəni, humanitar və digər mühüm əlaqələri daha da gücləndirir. Bildiyimiz kimi ötən gün Azərbaycan Respublikası Milli Məclisin qərarı ilə Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.
“Qürur hissi ilə qeyd etməliyik ki, Dostluq Qrupunun yaradılması qədim və zəngin tarixi olan, tarix səhnəsində silinməz izlər buraxmış böyük türk dünyasının ayrılmaz bir parçası olan Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasında hərtərəfli əlaqələrin inkişafı üçün çox mühüm hadisədir.”-deyə millət vəkili İlham Məmmədov vurğulayıb.
Media1.az