08 Sentyabr 2024

Qazaxıstandan Qarabağdakı ermənilərə 1050 baş pulsuz qoyun

Ermənistan mediası yazır ki, dekabr-yanvar aylarında Qazaxıstandan Qarabağdakı ermənilərə (Onlar “Artsax” yazır) 1050 baş qoyun idxal edilib.

Xəbərdə vurğulanır ki, idxal olunan mal, Əsgəran, Martuni və Martakert bölgələrinin fermerlərinə mal-qaranın 25% -nin yaxın gələcəkdə qaytarılması şərti ilə pulsuz olaraq verilib.

Sitat: “Geri qaytarılan mal-qara əkinçilərimizə pulsuz olaraq veriləcək. Bu il heyvandarlığın inkişafı proqramları sürət qazanacaq və heyvandarlıq populyasiyasının artırılmasına yönəldiləcək”.

Xəbərin qaynağı kimi, qondarma və qanunsuz qurumun “İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliyi” göstərilir.