18 Oktyabr 2024

Qazaxıstanda parlament seçkiləri keçirilir

Bu gün Qazaxıstanda parlamentin aşağı palatasına seçkilər keçirilir.

Axar.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınmış 6 siyasi partiyadan, Qazaxıstan Xalq Partiyası, “Nur Otan”, “Aul” Xalq Demokratik partiyası, “Ak Jol” Demokratik partiyası və “Adal” siyasi partiyasının iştirak etdiyi və ümumilikdə 312 millət vəkilinin yarışdığı seçkilərdə təxminən 11 milyondan çox seçici səs verəcək.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının katibi Sabila Mustafina son seçici fəallığını açıqlayıb. Onun sözlərinə görə, son məlumata görə, ölkə üzrə seçici fəallığı 52.5 faiz təşkil edir.

Mustafina ən çox seçici fəallığının Jambıl əyalətində (63.4 faiz) olduğunu bildirib.

Ölkədəki seçkiləri 30 ölkədən və 10 beynəlxalq təşkilatdan olan 398 müşahidəçi izləyir.