16 Aprel 2024

Qax sakini bədbəxt hadisə nəticəsində ÖLDÜ

Qax rayon sakini meşəlik ərazidə bədbəxt hadisə nəticəsində ölüb.

Daxili İşlər Nazriliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Media1.az-a verilən məlumata görə,hadisə rayonun Qaşqaçay kənd inzibati ərazisinin meşəlik sahəsində baş verib.Rayon sakini ,1977-ci il təvəllüdlü Elsevər Quliyev qurumuş ağacı kəsərkən iri budaq onun üzərinə düşüb.

Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.Polis və prokurorluq əməkdaşları həmin ərazidə olub,ətraflı müayinələr aparıblar. Faktla bağlı araşdırma aparılır.