29 Mart 2024

Qarlı havada isinməyə ehtiyacı olanlar üçün çadırların ünvanları – SİYAHI

Qarlı hava şəraitində əhalinin isinməsi üçün qurulan çadırların ünvanları açıqlanıb.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Musavat.com-a bildirilib ki, çadırlardan biri Nərimanov rayonunda yerləşən Nərimanov parkında, digərləri isə Yasamal rayonundakı İnşaatçılar metrosunun çıxışında, Sabunçu rayonundakı məscidin yanında, Suraxanıda Qaraçuxur qəsəbəsində olan Neftçilər parkında və Binəqədidə Azadlıq metrosunun çıxışında quraşdırılıb.

İsinmək üçün çadırlara gələn şəxslər isti çay içə, nahar edə və dincələ bilərlər. Çadırlar qarlı günlərdə fəaliyyət göstərəcək.

Qeyd edək ki, Bakıda qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar üçün çadırların quraşdırılması BŞİH və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir.