Qarabağın oyununa biletləri hardan əldə etmək olar? – SİYAHI

Xəbər verdiyimiz kimi, iyulun 12-də “Qarabağ” və “KKS Lech Poznan” futbol klubları arasında qarşılaşma baş tutacaq.
Oyuna biletlərin satışı aşağıdakı məntəqələrdə təşkil olunub:
Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək);
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (10:00-dan 20:00-dək).
Qeyd edək ki, qarşılaşma iyulun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.