19 Aprel 2024

Qarabağın dəyərli muğam ifaçısı Sərdar Əvəzoğlunun doğum günüdür

Bu gün respublikanın əməkdar mədəniyyət işçisi,QARABAĞIMIZIN dəyərli ustad sənətkarı Sərdar Əvəzoğlunun doğum günüdür. Muğam ifaçısı Sərdar Əvəzoğlunun 61 yaşı tamam olur.

Ustad sənətkar  Sərdar Əvəzoğlu 1959-cu ildə Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olub. Xalq musiqisinə olan marağı, qeyri-adi istedadı sayəsində Sərdar Əvəzoğlu  muğam sənətinin incəliklərinə yiyələnib. Azərbaycan səhnəsində özünəməxsus yeri qazanıb. Vaxtaşırı televiziya kanallarından Azərbaycan muğamsevərlərinin qonağı olub. Ustad sənətkar  Sərdar Əvəzoğlu Qarabağ məclislərinə böyük həvəslə dəvət edilib, musiqisevərlərin bəyəndiyi ifanı təqdim edib.