05 Noyabr 2024

Qarabağda milli parklar yaradılacaq

Nazir müavini: “Beynəlxalq ekspertlərin də cəlbi ilə bu məsələ müzakirə ediləcək”

İşğaldan azad edilmiş ərazilərdəki bir sıra qoruqların və yasaqlıqların statusunun dəyişdirilməsi planlaşdırılır. AYNA xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Onun sözlərinə görə, qoruqların və yasaqlıqların statusunun dəyişdirilməsi ilə bağlı müzakirələr aparılır: “Bir necə qoruq və yasaqlığın bazasında yeni milli parkların yaradılması ilə bağlı düşüncələr var. Beynəlxalq ekspertlərin də cəlbi ilə bu məsələ müzakirə ediləcək”.