13 Mart 2025

Qarabağda 18 yaşlı erməni əsgər ölüb

Qarabağda erməni əsgər ölüb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, hadisə “özünümüdafiə qüvvələrinin hərbi hissəsi” adlandırılan terrorçuların bazasında baş verib. Belə ki, dekabrın 15-də günorta radələrində odlu silahdan açılan atəş nəticəsində 2002-ci il təvəllüdlü Vaqe Babayan ölüb.

Faktla bağlı araşdırma aparıldığı bildirilir.

Bu fakt Azərbaycan ərazilərində qanunsuz silahlı birləşmələrin mövcudluğunu bir daha təsdiqləməklə yanaşı, həm də ondan xəbər verir ki, erməni hərbçilərin daxilində özbaşınalıq hökm sürür.

Odur ki, onların tezliklə silahları Azərbaycan tərəfə təhvil verib təslim olmaları yeganə çıxış yoludur.