29 Mart 2024

Qarabağ ordenli şəhid Asəf Əsgərova film həsr olunub

Bərdə Peşə Litseyində Vətən müharibəsinin şəhidi,Qarabağ ordenli Asəf Əsgərovun əziz xatirəsinə ithaf olunmuş “Mənim atam qəhrəmandır” filminin təqdimatı olub.

Tədbir başlamazdan öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərin və Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Filmin təqdimatında rayon ictimaiyyəti,təhsil işciləri,YAP Bərdə rayon təşkilatının fəalları,Gənclər və İdman idarəsinin əməkdaşları,Bərdə Asan Xidmət Mərkəzinin nümayəndələriı,şəhid ailələri,qazilər,mətbuat işciləri iştirak edib.

Onu da qeyd edək ki, filmin layihə rəhbəri Günel Əliqızı ,rejissoru Ramin Bağırovdur.